YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxlılar İlhamlı gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. Bu silsilədən növbəti görüş Yevlax rayonunun Aşağı Bucaq və Yuxarı Bucaq kəndlərində keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev öncə  qarşıdan gələn prezident seçkiləri haqqında ətraflı məlumat verib. Çıxışında partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında da danışan Əli Quliyev deyib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub.

Natiq əlavə edib ki, bu uğurların davamlı olması üçün ölkə seçiciləri, o cümlədən yevlaxlılar aprelin 11-də yenidən cənab İlham Əliyevə səs verəcəklər. 

Sonra çıxış edən Yevlax Ağsaqqallar Şurasının sədri Kinyaz Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən siyasət, reallaşdırılan Dövlət proqramları Azərbaycanın hərtərəfli inkişafını təmin edib: "Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində hər bir azərbaycanlı kimi, yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Bütün ölkə vətəndaşları, o cümlədən yevlaxlılar bu siyasətin davamlı olmasını istəyirlər".

Seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova da son 15 il ərzində həyata keçirilən siyasətin uğurları haqqında danışıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf edir: "Bütün bunların davamlılığı üçün 11 apreldə seçkilərə gələrək hər birinizi cənab İlham Əliyevə səs verməyə çağırıram. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq!"

Öz növbəsində, görüşlərdə çıxış edən kənd sakinləri – Raquf Musayev, Kəmalə Musayeva və başqaları yevlaxlıların artıq öz seçimlərini etdiklərini bildiriblər.  Qeyd olunub ki, aprelin 11-də yevlaxlılar İlhamlı gələcəyə səs verəcəklər.