YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Qobustanda prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir.

Qobustanlılar  ölkənin tərəqqisini  məhz cənab İlham Əliyevin  Azərbaycana  rəhbərliyində görürlər. Ötən gün  Qobustan  rayonunun Qurbançı kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin tərtib olunmuş qrafikinə uyğun olaraq seçicilərlə  görüş keçirilib.

Tədbiri YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev açaraq cənab İlham Əliyevin 15 illik fəaliyyətindən, bütün sahələrdə sosial-iqtisadi inkişafdan, siyasi sabitlikdən, ulu öndər Heydər Əliyev dühasından  bəhrələnən bugünkü qüdrətli Azərbaycandan, sabahkı firavan gələcəyimizə hesablanan ardıcıl siyasətdən danışıb. F.Gülaliyev regionların sosial-iqtisadi inkişafından danışaraq qeyd edib ki, Qobustan rayonu da gündən-günə böyüyür, abadlaşır, regionda abad guşələrdən birinə çevrilir.

Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Yusif Quliyev əminliklə bildirib ki, ölkəmizin dünyada nüfuzunun artması cənab İlham Əliyevin qətiyyətinin nəticəsidir.

Çıxış edən YAP fəallarından Ənvər  Əsədov qobustanlıları bu seçkidə də düzgün seçim edərək cənab İlham Əliyevə səs verməyə səsləyib: «Cənab Prezidentin ötən illərdə önəm verdiyi bütün sahələrin hərtərəfli inkişafı, ölkənin iqtisadi və siyasi sferasının möhkəmlənməsini təmin etməsi üçün bir daha ölkəmizin qüdrətli olması üçün məhz yenidən cənab İlham Əliyevə  səs verməlıyik.»

Tədbirdə çıxış edən Cəmşid Səftərov, Rafiq Vəliyev, Ağasəf İsgəndərov və digərləri birmənalı şəkildə bildiriblər ki, 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək güclü dövlət, xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs  verəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv