YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Suraxanı rayon təşkilatının nümayəndələri Hövsanda seçicilərlə görüş keçirib

YAP-ın Suraxanı rayon təşkilatının nümayəndələri  təbliğat–təşviqat kampaniyası çərçivəsində Hövsan Nord Mədəniyyət evinin qarşısındakı meydanda seçicilərlə görüş keçirib.

Görüşdə 5000 nəfərdən çox seçiçi iştirak edirdi. Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri açaraq, Suraxanı seçiçilərini bahar bayramı münasibətilə təbrik etdi. O, seçkilərlə bağlı görüşlən işlər haqqında məlumat verdi, bildirdi ki, 2003-2018 –ci illər ərzində ölkə başçısı, YAP partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox işlər görülmüş, tarixi nəaliyyətlər qazanılmışdır, Ulu Öndər Heydər Əliyev yolu, ləyaqətlə davam etdirilmiş, mustəqil Azərbaycan inkişafda olan ölkələr arasında öz yerini möhkəmlətmişdir. Vüqar Seyidov öz çıxışında dövlətin Suraxanı rayonuna olan qayğısından geniş danışdı və bildirdi ki, cənab İlham Əliyev  15 il ərzində 30 dəfədən çox Suraxanıda olmuş, bir şox tədbirlərin açılışında şəxsən iştirak etmişdir. V.Seyidov Suraxanı seçiçilərini  11 apreldə fəal olmağa, patiyamızın alternativsiz liderinə cənab İlham Əliyevə dəstək olmağa səslədi. MM-in deputatlarından  Sevinc Fətəliyeva və Ağacan Abıyev  son illərdə  ölkəmizdə gedən abadlıq -quruculuq işlərindən , xalqın soasial rifahına yönəldilmiş lahiyyələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ördu quruculuğundan , iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan söhbət açaraq, seçiçiləri bir daha bu nəaliyyətlərin asan yollla əldə olunmadığını çatdırdılar, gələcəyimizin yeni qələbələrə və uğurlara imza atması üçün  YAP namizədi cənab İlahm Əliyevə səs verməyə çağırdılar. Tədbirdə “Ruslan ” MMC hüquq  firmasının direktoru, Suraxanı sakini Loğman Abdullayev  hər bir vətəndaşın seçmək hüququ olduğunu və bu hüquqdan səmərəli istifadə etmələrini tövsiyyə etdi, eyni zamanda, ən layiqli namizəd olan İlahm Əlievə səs verməyə çağırdı. 

Suraxanı rayon qadınları adından çıxış edən, 20 yanvar şəhid ailəsi Şövkət xanım Xanməmmədova sülh və əmin –amanlıq şəraitində yaşamağımızdan, insanlara olan qayğıdan  söhbət açdı və ən layiqli namizədin ətrafında sıx birləşməyə çağırdı. Gənclər adından çıxış edən Arzu Həsənzadə  gənclərin dostu , gənclər siaysətinin ölkədə , dövlət siyasəti səviyyəsində inkişafına rəvac verən cənab İlham Əliyevə bütün gəncləri  səs verməyə dəvət etdi. Həmçinin görüşdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əmakdar məşqçisi, Suraxanı rayon sakini Hicran Şərifov son 15 ildə ölkəmizin idman tarixindəki uğurlardan danışdı və bu uğurların yeğanə təminatçısı  cənab İlham Əliyevə səs verməyə çağırdı. Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatının sədri  Vüqar Seyidov bir daha Suraxanı seçiçilərini ulu öndər Heydər Əliyev yonu davam etdirmək üçün cənab İlham Əliyevə dəstək olmağa çağırdı.