YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəy seçiciləri Prezident İlham Əliyevi dəstəkləyir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Qoşabulaq, Nərimankənd və Samanlıq kəndlərində keçirilib. Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, aprelin 11-də ölkəmizdə mühüm bir siyasi hadisə-prezident seçkiləri günüdür. R.Nağıyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: «Sosial, siyasət, iqtisadiyyat, o cümlədən başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat  yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti yüksək qiymətləndirir. Cənab İlham Əliyevin müdrikliyi sayəsində vətəndaşlarımızın rahatlığı, təhlükəsizliyi təmin edilir, ölkəmiz inkişaf tempini günü-gündər artırır».

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının Qadınlar Şurasının sədri Məlahət Əliyeva,  YAP Gədəbəy rayon təşkilatı seçki qərargahının üzvləri Zaur Mehdiyev, Alim Verdiyev və başqaları bildiriblər ki, cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndlirib. Qeyd edilib ki, Gədəbəy rayonunda da ilbəli yeni iş yerlərinin sayı artmaqdadır. Rayonda aparılan abadlıq-quruculuq işləri rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir.

Daha sonra çıxış edən seçicilər son illərdə maaşların, təqaüdlərin davamlı şəkildlə artımından razılıqlarını bildiriblər. Qeyd olunub ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və aprelin 11-də keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.