YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyevə səs vermək, qüdrətli Azərbaycana səs verməkdir

«İlhamla irəli» devizi ilə təşviqat kampaniyasına uğurla start verən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Beyləqan rayon  şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar təbliğat kampaniyasına start verib.

Martın 22-də rayon mərkəzindəki stadionda, rayonun Yuxarı Kəbirli və Günəşli kəndlərində seçicilərlə görüşlər keçirilib. YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev tədbirdə çıxış edərək bildirib ki, son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin strateji  mövqeləri kifayət qədər möhkəmlənmişdir. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi, ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılması inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir. Məhz belə möhtəşəm uğurlara görə, beyləqanlılar 11 aprel prezident seçkilərində Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.

Tədbirdə çıxış edən beyləqanlı seçicilər də 11 apreldə yekdilliklə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.