YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulluların seçimi İlham Əliyevdir

«İlhamla irəli» devizi ilə təşviqat kampaniyasına uğurla start verən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Hacıqabul rayon  şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki təbliğatına star verib.

 Martın 22-də rayonun  Ağacanlı kənd Mədəniyyət evində seçicilərlə görüşlər keçirilib.   YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov tədbirdə çıxış edərək bildirib ki,  son 15 ildə  Azərbaycan dövləti bir çox istiqamətlərdə ciddi uğurlara nail olub.  Xüsusilə də burada qeyri-neft sektorunun  inkişafı vurğulanmalıdır. Son illər kənd  təsərrüfatı, turizm, nəqiliyyat, İKT sahələrində qazanılan uğurlar ölkəmizə dividentlər gətirir. Bütün bunlar xaricdən asılılğı azaldır, idxalçıdan ixracatçıya çevrilirik. ÜDM-nin üçdə iki hissəsi qeyri-neft sektorunun hesabına formalaşır. Bu o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də qeyri-neft sektorunun inkişafı hesabına daxili tələbatını əhəmiyyətli dərəcədə təmin edəcək.

Bütün bunların fonunda xalqımız prezident  seçkilərinə özünün gələcək ümidlərinin reallışdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, Azərbaycanın bölgədə və dünyada qüdrətinin artması, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması  qarşıda duran vəzifələrimiz sırasındadır. Ona görə də hacıqabullular yenidən cənab İlham Əliyevə səs verəcəklər. 

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının idarə heyətinin üzvü Məhəmməd Mirzəyev, rayon təşkilatının Gənclər Birliyini sədri Saleh Ələsgərov çıxış edərək seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırdılar.