YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir

«Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası  qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ilk növbədə, ölkəmizdə  güclü ictimai-siyasi sabitlik mövcuddur  və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitiar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin, Azərbaycanda lider-xalq birliyigüclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil  edir.

«Əlbəttə ki, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirik. Görüşlər zamanı insanlar birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Onlar deyirlər ki, bu təbliğat tədbirlərinə elə də ehtiyac yoxdur, çünki cənab Prezidentin gördüyü işlər göz önündədir. Yəni insanlarda dövlətimizin başçısına sonsuz inam, etimad görürük. Çünki Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza xidmət edir.  Dövlət başçısı hər zaman bütün məsələlərdə ölkəmizin, vətəndaşlarımızın maraqlarını öndə tutur. Ümumilikdə, xalqımız 11 aprel seçkilərinə tam hazırdır. Dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyən xalqımızın bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir»-deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.