YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Şabranda təşviqat kampaniyasına start verib

İlhamla irəli

Bu gün 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı təşviqat kampaniyasına uğurla qoşulub. Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını müəyyən edilmiş seçki lövhələrində asmağa başlayıblar.

Partiyanın Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb.

Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.