YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dünyada sülh və təhlükəsizliyə töhfə verən ölkədir

«Ötən dövrün uğurlu nəticələri bir daha təsdiq edir ki, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında dövlət başçısı tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasət kursu dayanır». Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədr müavini Sahibə Qafarova Nazirlər Kabinetinin parlamentdə illik hesabatına münasibət bildirərkən deyib.

S.Qafarova qeyd edib ki, ötən il xarici siyasət sahəsində Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması istiqamətində əsaslı uğurlar qazanılıb.Onun sözlərinə görə, Nazirlər Kabinetinin hesabatında ötən il ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi yönündə görülmüş tədbirlərin də geniş şəkildə işıqlandırılması mühüm əhəmiyyətə malikdir.

«Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri şübhəsiz ki, xarici siyasətlə daxili siyasətinin bir – birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabit, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa mühüm töfhələr verən, müstəqil xarici siyasət həyata keçirən, bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib»-deyə, deputat vurğulayıb.