YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: Ötən 14 il ərzində Azərbaycanda 1 milyon 900 mindən çox iş yeri açılıb

Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əməkhaqqı 6,8 dəfə artıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib. Ötən illər ərzində 1 milyon 900 mindən çox iş yeri açılıb.

Bu fikirləri Azərbaycanın Baş naziri Artur Rasi-zadə Milli Məclisin plenar iclasında hökumətin hesabatını təqdim edərkən bildirib.

Baş nazir vurğulayıb ki, neft-qaz sənayesinin aparıcı rolu Azərbaycanın nüfuzunun artmasına töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

Artur Rasi-zadə qeyd edib ki, əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəlib.