YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valdis Zatlers: Azərbaycan qlobal müzakirələr üçün mühüm platformadır

Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün mühüm platformadır.

Bu fikri jurnalistlərə müsahibəsində Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.

Sabiq Prezident qeyd edib ki, bu gün beynəlxalq ictimaiyyət üçün əsas dəyər əməkdaşlıq və qarşılıqlı anlaşmadır. Bakıda keçirilən Qlobal Forumda bu mövzulardan yaranan suallara aydınlıq gətirilir. Forumun iştirakçılarının sayı ildən-ilə artır.

Valdis Zatlers bildirib ki, son illərdə Azərbaycana maraq daha da artıb: “Bunu elə Heydər Əliyev Beynəlxalq Hava Limanında görmək mümkündür. Aeroportda Azərbaycana çoxlu sayda insanın gəldiyinin şahidi oluruq. Azərbaycan sürətlə inkişaf edib. Burada çox gözəl infrastruktur yaradılıb. Bu uğurların gələcəkdə də şahidi olacağımıza əminəm”.

 

DİGƏR Xəbərlər Arxiv