YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan müxtəlif mövzularda beynəlxalq tədbirlərin təşkilatçısı rolunda çıxış edir

Azərbaycan son illər müxtəlif mövzularda beynəlxalq tədbirlərin təşkilatçısı rolunda çıxış edir. Çünki ölkəmiz  regionda sülh, əminamanlıq, əməkdaşlıq məkanına çevrilib.  Bu baxımdan, VI Qlobal Bakı  Forumu da böyük əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan  müxtəlif səpkili beynəlxalq tədbirlərin ənənəsini yaradan ölkələrdən biri sayılmaqadıdr. Onun sözlərinə görə, Azərbaycan  həm də sivilizasiyalararası dialoqun formalaşmasına xidmət edən ənənələrin yaranmasına, xalqların, dövlətlərin yaxınlaşmasının yeni yollarını düşünən ölkə kimi çıxış edir.

«Hesab edirəm ki, müəyyən müddət keçəcək, bu tədbirlər daha çox ölkələri əhatə edəcək. Prezidentlərin,  baş nazirlərin, keçmiş dövlət başçılarının, siyasətçilərin, alimlərin, ekspertlərin, müxtəlif təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilən belə tədbirlər dünyanın çox narahat dönəminə təsadüf edir. Hansı ki, dünyanın bir sıra məkanlarında qarşıdurmalarla müşahidə olunan bir şəraitdə bu tədbirin Bakıda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycan çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələrinin uzun illər bir arada qardaşlıq şəraitdə yaşadığı ölkədir. Hazırda multikultural dəyərlərin iflasa uğradığı, bu dəyərlərdən geri çəkilmiş Avropada gedən proseslərin alternativi olaraq ölkəmizdə gedən prosesləri təqdim etmək əslində bir mesajdır. Yəni Avropa cəmiyyətləri də bu dəyərlərə istinad etməlidir. Azərbaycanın bu foruma ev sahibliyi etməsi də bu baxımdan dünyaya mesajdır, çağırışdır»- deyə, akademik vurğulayıb.