YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin Çinin yol-istismar texnikası ilə təmin olunmasına dair müqavilə imzalanıb

Martın 15-də Çin Xalq Respublikası hökuməti tərəfindən Azərbaycan Respublikası hökumətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yol-istismar texnikası ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Çin xalqına dərin hörmətini bildirərək, ölkələrimiz arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini qeyd edib.

S.Məmmədov Çin nümayəndə heyətinə 112 ədəd müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib.

Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Van Çunqan deyilən xoş sözlərə görə minnətdarlığını bildirərək, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin son 26 ildə rekord həddə, 1 milyard 200 milyon dollar həcmində olduğunu xüsusi olaraq vurğulayıb. Van Çunqan ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlərinin olduğunu qeyd edərək gələcəyə inamla baxdıqlarını söyləyib.

Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsi imzalanıb.

Tədbirdə Azərbaycan tərəfindən AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov və Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, qarşı tərəfdən isə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin səlahiyyətli nümayəndələri - Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey iştirak ediblər.