YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib

«Martın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Forumda Albaniyanın, Makedoniyanın, Moldovanın prezidentləri, Türkiyənin Baş naziri, Xarici işlər naziri, bir çox ölkələrdən yüksək vəzifəli şəxslər, ümumilikdə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirlər».

R.Əliyev bildirib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parlaq nitq söyləyib. Onun sözlərinə görə, indiyə qədər keçirilən Qlobal Bakı Forumlarında dünyanı narahat edən müxtəlif sosial, mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələri əhatə edən məsələlər müzakirə olunur.

«Bu Forumların və digər beynəlxalq tədbirlərin Azərbaycanda, paytaxt Bakıda  keçirilməsi bir daha göstərir ki, Azərbaycan bütün dünyada yüksək nüfuza sahib bir ölkədir və Azərbaycan artıq mühüm Beynəlxalq tədbirlərin keçirildiyi Platformaya çevrilmişdir. Bu Azərbaycanda həyata keçirilən hərtərəfli, düşünülmüş müdrik siyasətin nəticəsidir»-deyə, deputat qeyd edib.