YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq

“Biz səylərimizi birləşdirməliyik, Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq, “Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” mövzusunda keçirilən panel iclasında deyib.

Baş nazir bildirib ki, bölgədə problemlərin həlli üçün səylərin birləşdirilməsi vacibdir: “Təəssüflər olsun ki, bunun əksinə olaraq rəqabət gedir”.

B.Yıldırım Bakı-Tbilisi-Kars dəmir yolu xəttindən də danışıb. O qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır: “Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə Çindən Londona qədər kəsintisiz əlaqə yaradılacaq. Buna bənzər layihələrin sayı artdıqca, regionda təhlükəsizlik möhkəmlənəcək”.