YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Azərbaycanın prioritetlərindən biri neft-kimya məhsullarının istehsalı və ixrac potensialının genişləndirilməsidir

Azərbaycanın prioritetlərindən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından bildiriblər ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") üzv şirkətlər üçün enerji mövzusuna həsr olunmuş ənənəvi “AHK-İmpuls” tədbirində fəxri qonaq qismində iştirak edən energetika naziri Pərviz Şahbazov deyib.

"Azərbaycanda enerjinin gələcəyi" adlı məruzə ilə çıxış edən Pərviz Şahbazov çıxışında diqqəti Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə yönəldib. O vurğulayıb ki, Azərbaycanın prioritetlərindən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən nazir qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır.

Nazir çıxışını enerji sahəsində həyata keçirilən cari islahatlar barədə rəy ilə yekunlaşdırıb. O, kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

Sonra "Uniper Global Commodities SE" şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti Mixael Hilmer təqdimatla çıxış edib. M.Hilmer “Uniper” şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və SOCAR ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin müxtəlif qurumlarla qurduğu əməkdaşlıq barədə danışıb və bu əməkdaşlığın mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

Tədbir şəbəkədaxili şam yeməyi ilə yekunlaşıb.

 

DİGƏR Xəbərlər Arxiv