YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda aparılan siyasət yalnız xalqın mənafelərinə xidmət edir

«Ölkəmiz qərblə şərqin qovuşuğunda strateji bir məkanda yerləşir. Ona görə də, ölkəmiz daim dünyanın diqqət mərkəzindədir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir xarici qüvvənin diqtəsi ilə hərəkət etmir. Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən aparılan xarici və daxili siyasət nəticəsində cəmiyyət uğurla bütün sahələrdə inkişaf edir”.

«Azərbaycanda aparılan siyasət yalnız və yalnız xalqın köklü mənafelərinə xidmət edən bir siyasətdir. Ona görə də, düşünürəm ki, bu, bəzi böyük dövlətləri əlbəttə ki, qane etmir. Lakin Azərbaycan rəhbərliyi yalnız Azərbaycan xalqının mənafeyinə uyğun bu ölkəni inkişaf etdirir. Bunun hamımız şahidiyik. Onların da bu məkrli siyasəti baş tutmayacaq. Azərbaycan müstəqil siyasət həyata keçirməklə uğurlar qazanmaqda davam edəcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.