YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb.

Sərginin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-n rəhbəri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, hökumət və dövlət rəsmiləri, deputatlar, Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Cəmil Çiçək sərginin “xatirə kitabı”nda Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb.

Səfirlikdən  bildiriblər ki, sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı vəziyyətini əks etdirən fotostendlər qurulub, digər əyani vəsaitlər nümayiş etdirilir. Sərgi iştirakçılarına Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanıb. Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.

Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfransın təşkili də nəzərdə tutulub.