YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu təltif edib

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir nəfərə general-mayor ali hərbi rütbəsi verilib, bir nəfər “Əməkdar həkim” fəxri adı, iki nəfər (ölümündən sonra) “İgidliyə görə” medalı, 14 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.