YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İbrahim Alışov: Ölkəmizdə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi daim diqqət mərkəzindədir

«Son illər kapital bazarlarının inkişafı istiqamətində atılmış addımlar qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üzrə geniş imkanlar yaradıb». Bu fikri Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

İ.Alışov bildirib ki, ölkəmizdə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. O, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin artırılması, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri tədbirlərin yerinə yetirildiyini, habelə Strateji Yol xəritələri ilə yeni çağırışlara uyğun təkmilləşmə istiqamətlərinin müəyyən edilərək icrasına başlandığını qeyd edib.

«Bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılması böyük əhəmiyyət daşıyır. "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin maliyyə bazarlarının inkişafına dair 2-ci strateji hədəfinin icrasının təmin edilməsi məqsədilə lazımi həyata keçiriləcək»- deyə, icraçı direktor qeyd edib.