YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ələt azad iqtisadi zonasının yaradılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir

«Ələt azad iqtisadi zonasının yaradılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Mirzəcan Xəlilov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

M.Xəlilov bildirib ki, bütövlükdə iqtisadi zonalar ölkəmiz üçün çox vacibdir. Onun sözlərinə görə, azad iqtisadi zonanın Ələtdə yaradılması önəmlidir. Bu zona strateji nöqtədə yerləşir.

«Bu elə bir ərazidir ki, ən optimal yer seçilib. Bununla yanaşı həmin ərazini daha da cəlbedici etmək olar. Burada şəhərcik salmaq mümkündür, eləcə də sənayenin inkişafı ilə əlaqədar investorlar cəlb olunmalıdır. Fikrimcə,  peşə təhsili məktəbləri də burada salına bilər. Görülücək işlər ardıcıl həyata keçirilməlidir ki, investorlar üçün cəlbedici olsun»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv