YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulub

Milli Məclisin bu gün keçirilən iclasında Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib. Onun sözlərinə görə, ölkəmiz bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizmlənməsi ilə bağlı dünya standartlarına qoşulub: "Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir və ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub".

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.