YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə turizm sektoru qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biridir

«Son illərdə Azərbaycanda reallaşdırılan məqsədyönlü siyasət sayəsində qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biri turizm sektorudur». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkəmizdəki möhkəm daxili sabitlik, füsünkar təbiət, bütün respublikada yaradılan müasir infrastruktur və bu kimi digər amillər Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirib. Onun sözlərinə görə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri respublikamızda ilin bütün fəsillərində turizm sektorundan bəhrələnməyə imkan verir.

«Təsadüfi deyil ki, regionlarda müxtəlif marşrutlar üzərində yerləşən turistyerləşdirmə obyektlərində həm yay, həm də qış mövsümündə böyük qələbəlik yaşanır. Bundan başqa, respublikamızın ərazisi müalicəvi məkanlarla da zəngindir və turistlər ölkəmizə həm də şəfa tapmaq məqsədilə üz tuturlar. Təbii amillərlə yanaşı, son illərdə dövlət tərəfindən ardıcıl şəkildə dəstək tədbirlərinin görülməsi də respublika miqyasında turizm sektorunun inkişafına müsbət təsir göstərib. Bu sırada ölkəmizin regionlarının turizm potensialının xaricdə tanıdılmasının, bölgələr üzrə cəlbedici turizm marşrutlarının yaradılmasınının, xidmət mədəniyyətinin yüksəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Həmçinin son illərdə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb, o cümlədən ölkəyə gəlib-getmə qaydaları sadələşdirilib, ASAN viza sisteminin tətbiqinə başlanılıb. 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə strateji yol xəritələrindən biri də məhz turizm sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə respublikamızın turizm potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yaxın, orta və uzummüddətli perspektiv üçün konkret hədəflər müəyyənləşdirilib»-deyə, komitə üzvü qeyd edib.