YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər İsayev: Ölkəmizdə idman daim inkişafdadır

«Ölkəmizdə idman daim inkişafdadır. Biz bu sahədə çoxlu sayda qələbələrin şahidi oluruq».  Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.

X.İsayev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən klub və cəmiyyətlərin, idman federasiyalarının əldə etdiyi nailiyyətlər göz qabağındadır. Onun sözlərinə görə, son illər  atletlərimiz həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində uğurlu çıxışları ilə yadda qalıblar.

«Qarşıdan növbəti Olimpiya Oyunları gəlir.  Tokio Olimpiadasına hazırlıqla bağlı MOK tərəfindən lazımi tədbirlər görülür. İdman klubları, cəmiyyətlər, federasiyalar, MOK, Gənclər və İdman Nazirliyi uğurların əldə olunması üçün birgə çalışır. Hər Olimpiya Oyunlarından əvvəl müvafiq qurumlar idmançılar üçün təlim-məşq toplanışları təşkil edir, qüvvələrini sınamaları üçün beynəlxalq turnirlərə qatılmalarını təmin edirlər. İnanıram ki, əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, “Tokio-2020”də də idmançılarımız uğurla çıxış edib xalqımızı sevindirəcəklər»-deyə, X.İsayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv