YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə beynəlxalq assosiasiyanın konfransı keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə ölkəmizi MİCE (turizm bazarı) məkanı kimi tanıtmaqda davam edir.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, büronun gördüyü işlərin nəticəsi olaraq oktyabrın 27-28-də Enerji İdarəçilərinin Regional Assosiasiyası (ERRA) növbəti konfransını Bakıda keçirəcək. Tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Konqreslər Bürosu təşkilatçıları bütün lazımi informasiya ilə təmin edib.

Konfrans çərçivəsində ilk dəfə olaraq su idarəetmə məsələlərinə həsr olunmuş paralel sessiya da keçiriləcək.

Qeyd edək ki, ERRA əsasən Mərkəzi Avropa və Avrasiya regionunda çalışan müstəqil enerji idarəçilərini bir araya gətirən könüllü təşkilatdır. Təşkilatın yaradılmasında əsas məqsəd tənzimləyici təcrübə mübadiləsinin aparılması və uğurlu təcrübələrin müəyyən edilməsidir.