YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: 26 il əvvəl Xocalıda törədilən qətliam hərbi cinayətdir

«26 il əvvəl Xocalıda törədilən qətliam hərbi cinayətdir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

«Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bu faciənin tarixin ən qanlı səhifələrindən biri olduğunu bəyan edib. 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Ulu öndər Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Hər il «Xocalıya ədalət!» kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində müüm tədbirlər keçirilir. Bu tədbirlər sayəsində dünya ictimaiyyəti əsl həqiqətlərn şahidi olurlar»- deyə, deputat qeyd edib.