YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çsatdırılması istiqamətində ölkə gəncliyi də müxtəlif tədbirlər həyata keçirir

«Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər bir vətəndaşın üzərinə vəzifələr düşür». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bununla əlaqədar ölkə gəncləri də müvafiq addımlar atır, layihələr həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatı müəyyən tədbirlər reallaşdırır.

«Ermənistanın bir sıra orta məktəb dərsliklərində tarix və ərazilər saxtalaşdırılıb. Biz bu faktları araşdırmaqda davam edirik. Bütün məlumatlar toplandıqdan sonra xarici dillərə tərcümə olunaraq yayılacaq. Bununla da, çalışırıq ki, erməni saxtakarlığını və işğal siyasətini dünya ictimaiyyətinə çatdıraq»-deyə, deputat qeyd edib.