YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mark Herevord: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində fəaldır

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çox fəal işlər görür.

Bu fikri mətbuata açıqlamasında UNICEF-in mənzil qərargahının araşdırma və siyasət departamentinin direktor müavini Mark Herevord deyib.

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çox vacib məsələlərdən biridir. Mən çox məmnunam ki, Azərbaycan bu proqrama çox fəal şəkildə qoşulub. Bu, ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir”, - deyə o vurğulayıb.

Mark Herevord deyib ki, bu gün Azərbaycan çox böyük layihələr gerçəkləşdirir. Məhz buna görə də BMT Azərbaycanın 2017-ci ildəki hesabatını yüksək qiymətləndirib.

“Əminəm ki, Azərbaycan bu proqramın öncüllərindən biri olacaq”, - deyə UNICEF rəsmisi qeyd edib.