YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ərzaq təhlükəsizliyinin təmin olunması daim dövlətin diqqət mərkəzindədir

«Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması daim dövlətin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, hökumət bu istiqamətdə sistemli tədbirlər həyata keçirir. Onun sözlərinə görə, aqrar sahənin inkişafı istiqamətində görülən işlər məhz bu məqsədlərə xidmət edir.

«Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-nin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin və emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətini daha da artıracaq»-deyə, deputat vurğulayıb.