YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Rumıniya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr vacib rol oynayır

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 15-də bu ölkənin Senatının sədri Kalin Popesku Tariçeani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniyanın siyasi-iqtisadi və humanitar sahələrdə sıx əlaqələrə malik olması, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı məmnuniyyətlə qeyd olunub, ölkələrimiz arasında dostluğun və tərəfdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacib rol oynadığı vurğulanıb.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini qeyd edən nazir E.Məmmədyarov Rumıniyanın bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib.

Elmar Məmmədyarov Rumıniya Senatının sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə məlumat verib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasının tələb olunduğunu deyən nazir rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv