YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb

YAP Nərimanov rayon təşkilatı  11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesinə başlayıb.

 Fevralın 16-da YAP Nərimanov rayon təşkilatının seçki qərargahının 20-dən çox imzatoplayan fəalı Nərimanov rayonu 18 saylı Nərimanov-Nizami, 19 saylı I və 20 saylı II Nərimanov Seçki Dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb. İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşür, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edir.

 

DİGƏR Xəbərlər Arxiv