YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib.  Seçki prosesi ilə əlaqədar olaraq YAP Gəncə şəhər təşkilatında 25 nəfər tərkibdə seçki qərargahı yaradılıb.

Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. YAP Gəncə şəhər təşkilatında bu gündən start verilən imzatoplama kampaniyası uğurla həyata keçirilir və seçicilər böyük aktivlik nümayiş etdirirlər.

DİGƏR Xəbərlər Arxiv