YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müadafiyəsi üçün imzatoplama kampaniyasına start verilib. Kampaniyanın başlaması ilə əlaqədar bu gün YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahında müşavirə keçirilib. Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək tələblər nəzərə çatdırılıb.

Daha sonra YAP Qaradağ rayon təşkilatında yaradılmış seçki qərargahında fəaliyyət göstərən mobil qruplar rayonda yerləşən seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində diqqət çəkən əsas məqamlardan biri rayon seçicilərinin YAP Sədri, Prezident İlham Əliyevin imzatoplama kampaniyasına böyük maraq göstərməsi və məmnuniyyətlə öz imzalarını partiyamızın namizədinin xeyrinə verməsi idi.

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib ki, rayon təşkilatının Seçki Qərargahı partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirir. Bu günə qədər rayon təşkilatında qərargahın üzvləri və imza toplayan partiya fəalları üçün treninqlər, həmçinin təşkilatda iclaslar keçirilib. İşin daha səmərəli təşkili üçün mütəmadi məsləhətləşmələr aparılır.