YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlər görüləcək

Bu seminar-müşavirənin davamı fevralın 19-21-də regionlarda dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Təşkil olunan tədbirlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri, məhkəmə sədrləri, prokurorlar və polis rəisləri iştirak edəcəklər.

Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK-nın sədri qeyd edib ki, seminar-müşavirədə Seçki Məcəlləsinin tələbindən irəli gələn məsələlər yerli rəsmi qurumun rəhbərlərinə çatdırılır. Bununla yanaşı, MSK nümayəndələri də regionlarda təşkil edilən tədbirlərdə iştirak edəcəklər.

Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlərin görüləcəyini qeyd edən Məzahir Pənahov bildirib ki, seçkiləri izləmək üçün müxtəlif ölkələrdən müşahidəçilər dəvət olunacaq. Həmçinin məntəqələrin 20 faizində vebkameralar quraşdırılıb ki, bu da seçki prosesinin şəffaf formada izlənməsinə kömək edəcək.

“Cəmiyyətdə baş verən proseslərin güzgüsü mətbuatdır. Azərbaycanda artıq kifayət qədər məsuliyyətli və peşəkar mətbuat formalaşıb”, - deyən Məzahir Pənahov seçki prosesinin şəffaf və demokratik keçirilməsində KİV-in də müstəsna rolunun olduğunu bildirib.