YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir

Fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir.

Seminar-müşavirəni MSK-nın sədri Məzahir Pənahov açıb. Bildirib ki, bugünkü seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı təşkil edilib.

Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. İndiyə qədər keçirilən seçkilər göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Biz çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin.