YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Karavayev: 25 il əvvəlki və bugünkü Azərbaycan tam fərqli görüntülərdir

Hazırki seçkiqabağı ictimai rəy sorğularının yekunlarına görə, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycan Prezidenti İlham Əliyevin seçicilərin səs çoxluğuna iddia etməsinə əsas yaradır.

Bunu Trend-ə Rusiya Elmlər Akademiyasından politoloq Aleksandr Karavayev deyib.

A.Karavayev bildirib: “Bugünkü Azərbaycan və 1990-2000-ci illərin Azərbaycanı tam fərqli görüntülərdir. Ölkə sözün əsl mənasında açıq səmada muzeyə çevrilib. Ölkə iqtisadiyyatı stabil inkişaf mərhələsindədir. Özü də əgər əvvəllər bunun əsas dayağı neft idisə, bu gün Azərbaycan öz turizm, nəqliyyat-logistika potensialını, eləcə də bir sıra digər sahələri inkişaf etdirir. Bu məsələdə hazırki hökumətin xidmətlərini qeyd etməmək olmaz”.

Politoloq qeyd edib ki, Azərbaycan hökumətinin əsas nailiyyətlərindən biri də həm ölkə daxilində, həm də regional kontekstdə siyasi sabitlik və təhlükəsizliyin təmin olunmasıdır.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin müsbət imicində xalq arasında böyük populyarlığa malik olan ailəsi də az rol oynamır: “Azərbaycan xalqı ölkədə öz ictimai fəaliyyəti ilə məşhur olan Birinci xanım Mehriban Əliyevanı sevir. Bu cür rəğbət Leyla Əliyevaya və prezident ailəsinin digər üzvlərinə də bəslənir. Bu çərçivədə Azərbaycan xalqının ölkənin ümummilli lideri, siyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevə məhəbbət və hörmətini də unutmaq olmaz”.