YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti  Həsən Ruhaniyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv