YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nahid Bağırov: Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır

«Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu da dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır». Bu fikirləri Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırov bildirib ki, Azərbaycanda kütləvi turizmin inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət həyata keçirilir. Onun sözlərinə görə, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib.

«Azərbaycanda turizmin hələ böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib»-deyə, N.Bağırov qeyd edib.