YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malkolm Hoyenleyn: Azərbaycan yəhudi xalqının böyük dostudur

Amerikanın aparıcı Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının İcraiyyə Komitəsinin rəhbəri Malkolm Hoyenleyn “The Times of Israel” qəzetinə Yaxın Şərqdə və Avropada geosiyasi vəziyyət barədə müsahibəsində Azərbaycanın İsrail üçün və bütövlükdə yəhudi xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Malkolm Hoyenleyn bu yaxınlarda Azərbaycanda səfərdə olmasını xatırladaraq deyib: “Azərbaycan gözəl ölkədir. O, İsrailin sədaqətli tərəfdaşı, yəhudi xalqının böyük dostudur. Bu ölkədə yəhudi icmasının 2600 illik tarixi var və orada heç vaxt antisemitizm olmayıb. Bakıda başınızda yəhudilərin milli papağı olduğu halda sərbəst gəzə bilərsiniz, bununla bağlı heç bir problem olmayacaq”.

M. Hoyenleyn qeyd edib ki, Bakıya dünyanın 42 ölkəsinin dini liderlərinin, o cümlədən Roma Papasının nümayəndəsinin və Yunanıstan Pravoslav Kilsəsinin başçısının da iştirak etdiyi dinlərarası həmrəylik konfransında iştirak etmək üçün Prezident İlham Əliyevin və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə gedib.