YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Dövlət özəl sektorun inkişafına hərtərəfli dəstək verir

«Son 14 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Onun sözlərinə görə, dövlət bu sahənin inkişafına hərtərəfli dəstək verir.

«Ötən 14 ildə sahibkarlara 2 milyard manatdan artıq güzəştli kreditlər ayrılıb. Sahibkarlara siyasi və maddi dəstək tədbirlərinin artırılması öz növbəsində onlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Yeni şəraitdə milli sahibkarlar ordusu ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına yönələn tədbirlərdən, institusional islahatlardan, investisiyaların təşviq edilməsindən bəhrələnərək müxtəlif istiqamətlərdə sərmayə qoyuluşunu artırmağa böyük səy göstərirlər. Bu da iqtisadi inkişafa müsbət təsir göstərən amillərdən biridir»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv