Partiya xəbərləri
Qobustanda “700 min ağac əkək “ kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı Qobustan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birlikdə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “ 700 min ağac əkək “ kampaniyası çərçivəsində Cəngi kənd ərazisində 0,5 ha sahədə 350 badam tingi əkmişdir.
Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi , biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Qobustan rayonunda da uğurla həyata keçirilir.