YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Dünya İqtisadi Formunun reytinq cədvəlində Azərbaycan öz yerini möhkəmləndirir

«Beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda Davosda 48-ci Dünya İqtisadi Formu öz işini davam etdirir. Azərbaycan 1995-ci ildən müntəzəm olaraq bu Forumda iştirak edir. Bu iqtisadi forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Dünya İqtisadi Formu 1970-ci illərdə yaranmış kiçik bir qrupdan hazırda 2000-dən çox iştirakçının təmsil olunduğu nəhəng təşkilata çevrilib. Onun sözlərinə görə, Forumun işində dünyanın aparıcı ölkələrinin dövlət və hökümət rəhbərləri aparıcı şirkətlərin və 38 beynəlxalq təşkilatın rəhbərləri iştirak edir. Artıq Forumda təkcə iqtisadi məsələlər deyil həm də siyasi məsələlərində müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb.

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Forumun proqramına əsasən “Strateji baxış-Avrasiya” paneli çərçivəsində çıxış edib. Mövzu ilə əlaqədar Prezident İlham Əliyev qonşu ölkələrə münasibətlər barədə danışarkən qeyd edib ki, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə çox yüksək münasibətlərə malikdir. Azərbaycan gənc müstəqil ölkədir. Ancaq Azərbayacan sözün əsil mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu ona həqiqi müstəqil siyasət aparmağa imkan verir. Bu siyasət nəticəsində Azərbaycan müstəqillik illərində bütün sahələrdə sürətli inkişafa nail olub və böyük uğurlar qazanıb. Dünya İqtisadi Formunun reytinq cədvəlində də Azərbaycan öz yerini möhkəmləndirir və ildən-ilə irəliləyir. Artıq ötən ilə nisbətən Azərbaycan rəqabətlilik indeksinə görə dünyada 35 yerdədir. İqtisadiyatın inklüzivliyinə görə Azərbaycan 3-cü pillədə qərarlaşıb və bu da ölkəmizin qısa zaman ərzində inkişaf edən dövlətlər sırasına keçməsinə sübutdur»-deyə, R.Əliyev vurğulayıb.

Azərbaycan möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək və beynəlxalq aləmdə tutduğu mövqeyini daha da möhkəmləndirəcək.