Xəbərlər
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın sentyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakı və xanımı Datin Paduka Seri Rosmah Mansoru qarşıladılar.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Mohammad Najib Tun Abdul Razaka, Malayziya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Malayziya Baş nazirinin qarşısından keçdi.