YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir

«Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, iqtisadi islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.

«Yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına başlanılması ilə əlamətdar olub. Strateji yol xəritələrinin uğurla icra edilməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Ötən il ölkə iqtisadiyyatının artması çox müsbət göstəricidir. Aparılan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə hesablanıb. Sevindirici haldır ki, bu yöndə çox uğurlu nəticələr əldə olunub»-deyə, komitə üzvü qeyd edib.