YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin geniş tərkibdə görüşü olub

Sentyabrın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Nümayəndə heyətini ölkəmizdə bir daha salamlayan Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu səfər ikitərəfli qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirdi, xalqlarımızın hər zaman sülh və əmin-amanlıq içində yaşadıqlarını dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan regionda yaxından əməkdaşlıq edir. Dövlətimizin başçısı nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrinə dair məsələlərin müzakirə ediləcəyini dedi. Prezident İlham Əliyev vurğuladı ki, nazirlər ikitərəfli və regional əməkdaşlığa dair məsələləri həll etmək məqsədi ilə daim təmasdadırlar.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə olmaqdan böyük şərəf hissi duyduğunu dedi. Azərbaycana nümayəndə heyəti ilə ilk dəfə rəsmi səfər etdiyini bildirən İrakli Qaribaşvili Gürcüstan ilə Azərbaycanın yaxın dost, strateji tərəfdaş, qonşu və qardaş ölkələr olduğunu söylədi və bu əlaqələri daha da dərinləşdirməyin əhəmiyyətini vurğuladı.

DİGƏR Xəbərlər Arxiv