YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Ötən il qeyri-neft ixracı 24 faiz, sənaye məhsulları 21 faiz artıb

Ötən il qeyri-neft ixracı 24 faiz, sənaye məhsulları 21 faiz, kənd təsərrüfatı məhsulları 28 faiz artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda İxracın və İnvestisiyaların Fondu (AZPROMO) tərəfindən İxracatçılar Klubu çərçivəsində keçirilən "Made in Azerbaijan" loqosunun təqdimat mərasimində deyib.

Nazir müavini deyib ki, ötən il 14 min fiziki və hüquqi şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub. Eyni zamanda, 3100-dək məhsul növü ixrac edilib.