YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GECF-in baş katibi: Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun tamhüquqlu üzvü olmaq imkanı var

Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) tamhüquqlu üzv olması üçün yaxşı imkanları var.

Bu sözləri Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yury Sentyurin “Нефтегазовая Вертикаль” jurnalına müsahibəsində deyib.

“İraq, Qazaxıstan və Azərbaycanın GECF-in tamhüquqlu üzvü olması yaxşı imkanları var. Hazırda qurumda müşahidəçi üzvü olan ölkələrlə danışıqlar aparılır”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.