YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: 2017-ci il ölkəmiz üçün həm siyasi hadisələr, həm də iqtisadi və institusional islahatlar baxımından çox əhəmiyyətli il oldu

«Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün həm siyasi hadisələr, həm də iqtisadi və institusional islahatlar baxımından çox əhəmiyyətli il oldu». Bu fikri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin payız sessiyasının bu gün keçirilən son iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, bu  ilin simasını müəyyənləşdirən əsas hadisələrdən biri Prezident İlham Əliyevin 2017-ci ili «İslam Həmrəyliyi İli» elan etməsi idi. Onun sözlərinə görə, cənab Prezidentin İslam həmrəyliyi çağırışı həmrəyliyin fövqündə olmaqla, əslində  sivilizasiyalararası dialoq kimi dünyaya təqdim olundu: «Mən düşünürəm ki, beynəlxalq münasibətlərin hazırki mürəkkəb mərhələsində bir müsəlman ölkəsinin belə təşəbbüslə çıxış etməsi və İslam dəyərlərini dünyaya bu şəkildə təqdim etməyi bacarması xüsusi qeyd olunası hadisədir. Əlbəttə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu məqsədə xidmət edirdi».

Millət vəkilinin fikrincə, bu il vitse-prezidentlik institutunun funksional şəkildə tətbiq olunması da mühüm hadisələr sırasındadır. Bu mənada, institusional  idarəetmənin təkmilləşdirilməsi sosial məsələlərin həllində böyük töhfələr verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də diqqəti çəkən Hikmət Babaoğlu xatırladıb ki,  2016-cı ildə münaqişənin həlli ilə bağlı danışıqlar prosesində  müəyyən fasilələr yaranmışdı: «Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində danışıqlar prosesi heç bir güzəşt olmadan bərpa olundu. Bir neçə gün öncə  Xarici İşlər Nazirliyinin yayılan məlumatında da bildirilir ki, 2017-ci il substantiv və intensiv danışıqlar ili kimi yadda qaldı. Bu ilin vacib hadisələrindən biri də Avropa İttifaqı  ilə «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində sazişin hazırlanmasıdır. Eyni zamanda, Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur».

2018-ci ilin dövlət büdcəsinin qəbul olunmasının da ilin vacib hadisəsi kimi səciyyələndirən millət vəkili qeyd edib ki, postdevolvasiya büdcəsi ölkənin müdafiə qabiliyyətini artırmaq, təhlükəsizliyini təmin etməklə yanaşı bütün sosial layihələri həyata keçirəcək büdcə kimi xarakterizə olunur.