YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın kompleks inkişafını təmin etməkdədir

«2017-ci il Azərbaycanın istər siyasi, istərsə də iqtisadi-sosial sahədə inkişafı ilə yadda qaldı. Ən əsası bu il qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımları ilə seçildi. Möhtərəm Prezidentimizin Fərman və sərəncamları əsasında kənd təsərrüfatının ayrı-ayır sahələrini özündə birləşdirən aqroparkların yaradılması, rayonların strateji kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması, ölkəmizin ixrac potensilanı artırmağa xidmət göstərən və digər tədbirlər bir daha Azərbaycanın iqtisadi inkişaf yolunda olduğunu təsdiqləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı  Azər Badamov deyib.

Başa çatmaqda olan 2017-ci ili bütün sferalarda uğurlu il kimi dəyərləndirən millət vəkili qeyd edib ki, bu il həm də turizm potensilanın daha yüksək səviyyədə inkişaf etməsi ilə yadda qaldı. Onun sözlərinə görə, bu gün Azərbaycan regionun aparıcı turizm mərkəzinə çevrilməkdədir. Millət vəkili bildirib ki, bu sahədə görülən işlər həm qış, həm də yay turizmi mövsümlərində ölkəmizi xarici vətəndaşlar üçün cəlbedici edib: «Bu sahənin inkişaf etdirilməsi bir sıra xüsusiyyətləri ilə də seçilir. Belə ki, hazırda icra olunan regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq Dövlət proqramları bölgələrimizin ümumi inkişaf tendensiyasını gücləndirir. Azərbaycana səfər edən hər bir turist ölkəmizdəki inkişafı, tolerant mühiti, sabitliyi öz gözləri ilə görür və yüksək dəyərləndirir. Əminəm ki, gələcək illərin iqtisadi göstəricilərində bu sahənin payı daha da artacaq. Prezident İlham Əlyievin uğurlu siyasəti  Azərbaycanın kompleks inkişafını təmin etməkdədir».

 

DİGƏR Xəbərlər Arxiv