YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Saatlı rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının  Saatlı rayon təşkilatı partiyanın yaranmasının 25 illiyi münasibəti ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyasını keçirdi. Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müəyyənləşdirdiyi yerlərdə rayonun Qaracalar, Bəylər, Nərimanov, Qazanbatan kəndlərinin ərazilərində və yerli əhəmiyyətli magistral yolların kənarlarında son bir həftə ərzində 2 min ədəd nar, müxtəlif növ meyvə ağacları və həmişəyaşıl ağaclar əkilib. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının Şura üzvlərinin, Gənclər Birliyinin və partiya fəallarının iştirakı ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində aksiya başlayandan bu günə kimi  ümumilikdə 7500 ağac əkilmişdir.

Qeyd edək ki, ekoloji durumun daha da yaxşılaşdırılmasına töhfə verəcək “700 min ağac əkək” kampaniyası Saatlı rayonunda 2018-ci ilin may ayına kimi davam etdiriləcəkdir.